7 Temmuz 2016 Perşembe

GİRİŞ

GİRİŞ

pembe lale
Tarix boyu insanların əksəriyyəti dağların heybətli quruluşuna, ulduzların və Günəşin böyüklüyünə öz ibtidai qavrayışına uyğun olaraq məna vermiş və kainatın sonsuzluğa qədər mövcud olacağına inanmışdı. Onların bu inancı çoxtanrılı və maddiyyatçı yunan fəlsəfələrinin, Şumer və Misir dinlərinin onurğa sütununu təşkil etmişdir.
Bu cür düşünən insanların necə yanıldıqlarını bizə Quran xəbər vermişdir. Allah`ın Quranda bildirdiyi xəbərlərdən biri də kainatın yaradılması və onun sonunun da olacağı həqiqəti ilə bağlıdır. Bütün insanlar və canlılar kimi, kainatın da ölümü olacaq. Milyardlarla ildir qüsursuz işləyən bu nizam hər şeyi yaradan Rəbbimizin əsəridir. Bu nizam Onun əmri ilə və Onun müəyyən etdiyi bir vaxtda möhtəşəm formada bitəcək.
Kainatın, mikroorganizmalardan insanlara qədər içindəki bütün canlılar, ulduzlar və qalaktikalarla birlikdə ortadan qaldırılacağı zaman ayələrdə "saat" olaraq ifadə edilir. Bu, hər hansı saat deyil, Quranda qiyamətin vaxtını bildirən müəyyən və xüsusi saatdır.
Quranda qiyamət saatının gələcəyi xəbəri ilə yanaşı, həmin vaxt baş verəcək hadisələr də bütün mərhələləri ilə müfəssəl surətdə təsvir edilib: "Göy yarılıb parçalandığı zaman", "Dənizlər qaynayıb bir-birinə qarışacağı zaman", "Dağlar yerindən qopardılacağı zaman", "Günəş sarınıb-büküləcəyi zaman"…
İnsanların bu dəhşətli müsibətlərdən qorxması, təlaşı və çaşqınlığı, qaçıb gizlənəcək heç bir yerin olmayacağı da ayələrdə müfəssəl şəkildə qeyd edilmişdir. Buradan da qiyamətin kainat tarixində bənzəri olmamış çox böyük müsibət olacağı nəticəsinə gəlirik.
"Qiyamət günü" və "Ölüm, qiyamət, cəhənnəm" adlı kitablarımızda qiyamət günü ilə bağlı ətraflı məlumat var. Əlinizdəki kitab isə qiyamət gününün yaxınlaşacağı vaxt baş verəcəyi xəbər verilən hadisələrdən bəhs edir. Bunu xüsusilə bildirməliyik ki, kainatı gözləyən nəticənin hər dövrdə diqqətəlayiq bir mövzu olması ayələrdən də məlumdur. Quranda insanların Peyğəmbərimizdən (s.ə.v) qiyamət saatının nə vaxt gələcəyini soruşması belə xəbər verilir:
"Səndən saat (qiyamət) haqqında soruşurlar ki, nə vaxt qopacaq"  ("Əraf", 7/187).
"Səndən qiyamətin nə zaman qopacağı barədə soruşurlar" ("Naziat", 79/42).
Peyğəmbərimizə (s.ə.v) bu cür sual verənlərə: "O, ancaq Rəbbimə məlumdur" ." ("Əraf", 7/187) - şəklində cavab verməsini Allah əmr etmişdir. Bununla da qiyamətin nə vaxt qopacağını ancaq Allah`ın bildiyini ifadə etmişdir. Qiyamətin nə vaxt qopacağını heç kim bilə bilməz, lakin Peyğəmbərimizin (s.ə.v) hədislərinə və Quranda yer alan işarələrə baxıb əsr olaraq qiyamətin nə zaman qopacağına dair təxminlər əldə etmək olar. Belə demək mümkündür ki, qiyamətin qopacağı zaman iman edən heç kimsə qalmayacaq və küfr yer üzünə tam hakim olacaqdır. Necə ki, böyük İslam alimi Bərzənci və Suyuti həzrətləri Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsaslanıb ümmətin ömrünün hicri 1500-ü keçməyəcəyini bildirirlər. Bədiüzzaman Səid Nursi həzrətləri də yenə hədislərdəki bilgilərə görə, müsəlmanların hicri 1506-cı illərə qədər uca Allah`ın haqq üzərində qalibanə olaraq davam edəcəklərini, hicri 1545 (miladi 2120) tarixində isə qiyamətin qopacağını ifadə etmişdir.
Bundan başqa, qeyd etmək lazımdır ki, qiyamət saatı haqqında bilgi verən bir çox ayə mövcuddur. Mövzu ilə əlaqədar digər ayələri araşdırdığımızda əhəmiyyətli bir həqiqətlə qarşılaşırıq. Quranda qiyamət üçün bir tarix açıqlanmamışdır, fəqət qiyamət öncəsində ortaya çıxan əlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir çox işarəsinin olduğunu Allah bizə belə bildirir:
Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?! (Muhəmməd, 47/18)
Bu ayədə xüsusilə gələcəyi bildirilən qiyamətin əlamətlərinin Quranda xəbər verildiyi başa düşülür. Bu böyük xəbərin əlamətlərini başa düşmək üçün ayələrin üstündə fikirləşmək lazımdır. Əks təqdirdə, ayədə bildirildiyi kimi, qiyamət vaxtı gələndən sonra fikirləşməyin heç bir xeyri olmayacaq.
Peyğəmbərimizin (s.ə.v) günümüzə qədər gəlib çatan sözlərinin, yəni hədislərinin bir hissəsi qiyamətin əlamətləri haqqındadır. Peyğəmbərimiz (s.ə.v) hədislərində həm qiyamətin əlamətləri, həm də qiyamətdən əvvəlki dövrlə bağlı ətraflı məlumatlar vermişdir. Qiyamət əlamətlərinin meydana çıxacağı bu dövr İslam mənbələrində axırzaman (son dövr) şəklində adlandırılmışdır. Axırzaman və qiyamət əlamətləri kimi mövzular İslam tarixində çox böyük marağa səbəb olmuş, İslam alimlərinin və tədqiqatçılarının əsərlərinin əsas mövzularından birini təşkil etmişdir.
papatyalar
Uca Allah Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə axırzamanda hz. Mehdinin vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqı gərəyi və Peyğəmbərimizin (s.ə.v) bildirdiyi kimi, İslam əxlaqının hakimiyyəti sevgi ilə olacaqdır. İslam əxlaqının hakim olması ilə yer üzü hüzur və güvənliyə qovuşacaq, bütün qarışıqlıq, anarxiya və terror hadisələri sona çatacaqdır. Axırzamanın fitnə və zülmlərindən cana yığılan insanlar İslam əxlaqını yer üzünə hakim edən hz. Mehdinin (ə.s) ədalətindən, comərdliyindən mərhəmət və sevgisindən razı olacaqlar.
Axırzamanda hz. Mehdinin (ə.s), Allah`ın izni ilə, mütləq zühur edəcəyi Peyğəmbərimizin (s.ə.v) hədisi-şəriflərində belə müjdələnmişdir:
"Dünyada tək bir gün qalsa belə, (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun,, əhli-beytimdən mütləq bir şəxs (hz. Mehdi) gələcək, daha öncə zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq". (Əbu Davud və Tirmizi; Böyük hədis külliyyatı, Rudani, cild 5, səh. 365)
Hədislərdə bildirildiyinə görə, hz. Mehdi (ə.s) axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcək. Hz. Mehdinin (ə.s) zühur etməsi ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq. Dünyaya ədalət, sülh, sevgi və hüzur hakim olacaq. Bu hadisələr bəzi hədislərdə belə xəbər verilir:
"...Bu Əmir (hz. Mehdi (ə.s)) insanlar yer üzünü daha öncə zülmlə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə çatarsa, qar üstündə sürünməklə də olsa, onlara qoşulsun". (Sünəni-İbni Macə, "Kitabül-fitən")
"Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə ayaqda tutdusa, hz. Mehdi də (s.ə) ən sonda eyni şəkildə İslamı ayaqda tutacaqdır". (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 26)
Bütün bu məlumatları bir yerə yığanda çox zəruri bir nəticə ilə qarşılaşırıq. Ayə və hədislər axırzamanın iki mərhələli olduğunu göstərir. Birinci mərhələ dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövrdür. Bundan sonra gələcək ikinci dövr isə "Qızıl Əsr" adlandırılan Quran əxlaqının və hər sahədə yüksək rifahın yaşanacağı bir dövrdür. Dünyanın Qızıl Əsrin qurtarması ilə yanaşı, çox sürətlə sosial tənəzzülə girməsi ilə də qiyamət saatının gələcəyi gözlənilir.
Oxuduğunuz kitabın məqsədi də qiyamət əlamətlərini ayə və hədislərin işığında incələmək, bu əlamətlərin bir-bir, təsvir edildiyi kimi içində yaşadığımız əsrdə ortaya çıxmağa başladığını göstərməkdir. On dörd əsr əvvəl bildirilən əlamətlərin zühur etməsi insanların Allah`a olan imanını və bağlılığını artıran çox böyük hadisələrdir. Sonrakı səhifələrdəki qeydlərimiz də Rəbbimizin "Və de ki: "Həmd olsun Allah`a! O, öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız" ("Nəml", 27/93) vədinə uyğun olaraq hazırlanmışdır.
Xüsusi olaraq bildirmək istədiyimiz zəruri bir məsələ də budur ki, hər şeyin ən doğrusunu Allah bilir. Hər məsələdə olduğu kimi, qiyamət haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur.
kuşlar

Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən əlamətlər bu əsrdə gerçəkləşmişdir.

Peyğəmbərimiz (s.ə.v) hədislərindən birində hz. Mehdinin (ə.s) hicri 1400-cü ildə zühur edəcəyini müjdələmişdir:
"İnsanlar 1400-cü ildə hz. Mehdinin ətrafında toplaşacaqlar". (Risalətül-xürucul-Mehdi, səh. 108)
Eyni zamanda, son min ilin ən böyük İslam alimi ustad Səid Nursi həzrətləri də öz külliyyatında hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildən fəaliyyətdə olacağını bildirmişdir:

"İstiqbali-dünyəviyyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində karib (yaxın) zənn etmişlər".(Sözlər, səh. 318)
Həqiqətən də, hicri 1400-cü ildən etibarən peyğəmbərimizin (s.ə.v) bildirdiyi bütün axırzaman əlamətləri möcüzəvi şəkildə bir-birinin ardınca baş vermişdir.
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərin əksəriyyəti böyük İslam alimi İmam Rəbbaninin məşhur "Məktubati-Rəbbani" əsərində, eyni zamanda, əhli-sünnənin hədis ədəbiyyatında ən etibarlı hədis kitabları kimi qəbul edilən altı kitabda (Kutubi-siddədə) yerləşir. Ustad Səid Nursi həzrətləri də hicri 1327-ci ildə Şamdakı Əməvi məscidində on min insana verdiyi xütbəsində (Xütbeyi-Şamiyədə) və "Barla lahiqəsi", "Kastamonu lahiqəsi" və "Şüalar"da hz. Mehdinin (ə.s) hicri 1400-cü ildə zühur edəcəyini dəfələrlə açıq şəkildə bildirmişdir.
Eyni zamanda, Peyğəmbərimizin (s.ə.v) hədislərində, İmam Rəbbani, Cəlaləddin Suyuti, Əhməd ibn Hənbəl, Ustad Səid Nursi həzrətləri kimi böyük İslam alimlərinin əsərlərində İslam ümmətinin ömrünün hicri 1500-cü illərə qədər davam edəcəyi də bildirilmişdir:
"Mənim ümmətimin ömrü 1500 ili heç keçməyəcək". (Suyuti, Əl-kəşfu ən mücavəzəti-həzihil-ümməti əl-əlfu, Əlhavi lil fətavi, Suyuti. 2/248, Təfsiri-ruhul-bəyan. Bursəvi, (Ərəbcə) 4/262,Əhməd bin Hənbəl, Kitabül-iləl, səh. 89)
İmam Suyuti Peyğəmbərimizin (s.ə.v) hədislərində ümmətin ömrünün 1500 ili keçməyəcəyini bildirdiyini demişdir:
"Bu ümmətin ömrü 1000 ili keçəcək, fəqət 1500 ili keçməyəcək".(Qiyamət əlamətləri, səh. 299) (Cəlaləddin Suyutinin "Əl-kəşfu fi mücazəvəti-həzin əl-ümməti əl əlfə əlləzi dellət əleyh əl-asar" adlı kitabından nəql)
Səid Nursi həzrətləri ümmətin ömrünün hicri 1506-cı ilə qədər olacağını xəbər vermişdir:

"...Birinci cümlə min beş yüz (1500) məqamı ilə axırzamanda bir taifeyi-mücahidinin (din üçün çalışanların) son zamanlarına və ikinci cümlə min beş yüz altı (1506) məqamı ilə qalibanə (qalib olan) mücahədənin (Allah yolunda edilən cəhdin) tarixinə... işarə edər. (...) Bu tarixə qədər (1506) zahir (görünən) və aşkaranə (açıq, müəyyən), bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yolu ilə) işarə edər". (Sikkeyi-təsdiqi-qeybi, səh. 46)
Həmçinin ustadımız "Kastamonu lahiqə"sinin 33-cü səhifəsində qiyamətin 1545-ci ildə qopacağını bildirmişdir (doğrusunu Allah bilir):
"Ümmətimdən bir tayfa Allah`ın əmri gəlincəyədək (qiyamətə qədər) haqq üzərində olacaqlar". "Ümmətimdən bir tayfa..." hissəsinin say dəyəri 1542 (2117) edir və varlığının sonuna işarə edir. "Haqq üzərində olacaqlar" (şəddə sayılır) hissəsinin də say dəyəri(2082) edir. Bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra ta 1542-ci (2117) ilə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə işarə edir. "Allah`ın əmri gəlincəyədək" (şəddə sayılır) hissəsinin də say dəyəri 1545 (2120) kafirin başında qiyamət qopmasına işarə edir".(Kastamonu lahiqəsi, səh. 33)
Bu səhih qaynaqlara əsaslanaraq hz. İsanın (ə.s) qayıdışının, hz. Mehdinin (ə.s) zühurunun, İslam əxlaqının yer üzünə hakim olmağının hicri 1400-cü illərdən sonrakı əsrdə olmayacağı çox açıqdır. Hicri 1400-cü illərdə İslam əxlaqı hz. İsanın (ə.s) və hz. Mehdinin vəsiləsi ilə yer üzünə hakim olacaq, onların vəfatından sonra isə sürətli degenerasiya başlayacaq və nəhayət qiyamət qopacaqdır.
Bütün müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı səhih hədislərinə və böyük İslam alimlərinin açıqlamalarına qəti iman gətirməlidirlər. Bir-birinin ardınca baş verən axırzaman əlamətlərini qulaqardına vurmaq hədislərdə bildirilən bu əlamətlərin yenidən və eynilə hədislərdə bildirildiyi kimi baş verəcəyini iddia etməkdir. Halbuki, bu hadisələr tarixdə yalnız bir dəfə və müəyyən ardıcıllıqla baş vermişdir. Bu isə Peyğəmbərimizin (s.ə.v) bildirdiyi axırzamanda yaşadığımıza qəti dəlildir. Həyata keçən yüzlərlə əlamətə baxmayaraq, bu əlamətlərin bir daha baş verməsini gözləmək ağıl və məntiqə ziddir. Səmimi müsəlmanın bu əlamətlərin Peyğəmbərimizin (s.ə.v) bildirdiyi şəkildə və ardıcıllıqla baş verdiyini bir dəfə görməsi axırzamanda yaşadığımıza, hz. Mehdinin (ə.s), inşaAllah, zühur etdiyinə, hz. İsanın (ə.s) bu dövrdə nüzul edəcəyinə və qiyamət gününün sürətlə yaxınlaşdığına iman gətirməsi üçün kifayətdir.

Qiyamət günü inkar edənlər qorxunu bütün şiddəti ilə yaşayacaqlar

Adnan Oktar, Harun Yahya
Adnan Oktar: Hz. Mehdinin (ə.s) zühurundan sonra insanların beyinlərinin passiv hissələri də fəaliyyətə keçəcək. El arasında insan beyninin bir hissəsinin passiv, bir hissəsi isə aktiv olduğu deyilir. 2012 -2014-cü illərdən sonra həmin passiv hissələr də aktivləşəcək. Onda bütün dünya mədəniyyətin, incəsənətin, elmin, insanlığın, sevginin, eşqin, məhəbbətin nə olduğunu anlayacaq. Çox möhtəşəm bir zühur olacaq, inşaAllah. Çox böyük sevinc gətirəcək... Bu sevgini, məhəbbəti insanlara hz. Mehdi (ə.s) aşılayacaq, onların əsl sevgini dadmalarına vəsilə olacaq. Hz. Məsihin nüzulu ilə bu, ən yüksək həddə çatacaq. İnsanlar vəcdə gələcək, yəni mənəvi sərxoş olacaqlar, içmədən sərxoş olacaqlar, özlərindən keçəcəklər. İstər Xristian, istər İslam, istərsə də Yəhudi aləmi bu qədər böyük sevgi və həyəcan yaşayacaqlarını ağıllarına belə gətirmirlər. Ancaq hz. Mehdinin (ə.s) və hz. Məsihin (ə.s) vəfatından sonra insanlar çox dərin mənəvi boşluğa düşəcəklər. Olduqca dərin. Daha sonra, Səid Nursi həzrətlərinin də dediyi kimi, hicri 1500-cü illərdən etibarən böyük çökmə yaşanacaq. 2-4-8-16, qiyamətə doğru. Hicri 1543-cü ildən etibarən isə Allah`a iman gətirən bir adam belə tapa bilməzsən. Quranın kağız üzərində hərfi belə qalmayacaq. Səid Nursi həzrətləri bunun, Allah`ualəm, iki il davam edəcəyini deyir, ancaq indiyədək, Allah`ualəm, dediyi hər şey baş verdi. Məscidləri, Kəbəni yerlə bir edəcəklər. Yəni buldozer və ya başqa texnikalarla yıxacaqlar. Kəbədən əsər-əlamət qalmayacaq, dümdüz əraziyə çevriləcək. Məscidləri də həmçinin, ya meyxana kimi istifadə edəcəklər, ya da ona bənzər bir yer kimi. Bir sözlə, məhv edəcəklər. Allah onlara iki il müddət verir, inşaAllah. Sonra Allah qorxu hissini çox böyük şiddətlə yaşadacaq. İnsanın saçının bir anda ağardığını görəcəklər qiyamət günü. Cənabi Allah: "Sən onları sərxoş zənn edərsən. Lakin onlar sərxoş deyildirlər", - deyir. Allah o gün onlara sual verdikdə cavab verə bilməyəcəklərini, danışa bilməyəcəklərini deyir. Danışa bilmir, əcaib səslər çıxardır. Adını soruşursan, qəribə səslər çıxardır, şiddətli qorxu hissindən ağlı başından çıxır. Bəs sən bütün dünyaya hökmranlıq edirdin? Bəs yenidən insan yaratmaq gücünə sahib idin? Bəs məkiklə kosmosda sistemlər yaradacaqdın? Bəs meteoriti göydə partladacaqdın? İnsan acizliklərini və gücsüzlüklərini bütün çılpaqlığı ilə görəcəklər. "Bədiüzzaman adlı şəxs 1545-ci ildə qiyamətin qopacağını demişdi", - deyəcəklər. Gülməkdən yerə yıxılacaqlar, ağıllarına belə gəlməyəcək. Bəlkə də, ilin ortasına qədər bu, baş verməyəcək. Heç bir şeyin baş verməyəcəyinə inandıqları vaxt, axşamüstü deyir, İstanbulu nəzərdə tutur. Namaz vaxtları hər yerdə müxtəlifdir, İstanbulda da axşam namazı bir az tez qılınır, bilirsiniz.
Aparıcı: Fərzin öndə olması
Adnan Oktar
Adnan Oktar: Bəli, tez qılınır. Bu, İstanbula işarə edən rəvayətdir. Çünki bütün axırzaman hadisələri İstanbula görə deyilmişdir. Boğaz mənzərəsini izləyərək şərablarını içərkən birdən Boğazın bir-birinə yaxınlaşıb uzaqlaşdığını görəcəklər. Ağlasığmaz bir dəhşətlə Boğazdan lava sütunlarının göylərə yüksəldiyini izləyəcəklər. Təbii ki, bu, onlar üçün atəşfəşanlıq olmayacaq. Bundan sonra Allah`ın gücünü, dəhşətini vecinə almamağın nə olduğunu anlayacaqlar. Bütün bədən sistemləri pozulacaq, yəni vücudlarını idarə edə bilməyəcəklər. Cənabi Allah nəzakətli üslubla bunu bizə bildirir. Deyir ki, hamilə qadın bətnindəkini salacaq. Yəni bədən qorxunun şiddətindən idarəni itirəcək. Dağlar hərəkətə gələcək. Məsələn, yeddi təpəli deyilir, dağlar yeriyəcək, əriyə-əriyə yeriyəcək. Sarsıntının gücündən əriməyə başlayacaq. O an Allah`ın gücünə və əzəmətinə tam yəqinliklə iman gətirəcəklər. Göy üzü tamamilə mələklərlə örtülür. Ancaq Allah o gün göz açmağa imkan verməyəcəyini bildirir. Əlbəttə, sona çatır. Onsuz da ağlı başında olmur, tövbə etməyə macalı olmur. Nə edəcəyini bilmir. Əlbəttə, haqqəl-yəqin... Göydən mələklər sıra-sıra yerə enməyə başlayır. İnsanların o günlə üzləşməklərinə çox az qalıb. Nəvələrinin nəvələri qiyaməti görəcək. 1545-ci il, yəni 2120-ci il... Mənim bu video çəkilişlərimi də o vaxta qədər saxlayacaqlar; "Hoca belə demişdi", - deyəcəklər. Bundan da xoşları gələcək, özləri üçün əyləncə düzəldəcəklər. Ancaq hadisələr başlayanda kasetləri yeyəcəklər. Şüurları qapalı olduğu üçün, inşaAllah. (Adnan Oktarın 1 noyabr, 2009-cu il, Kayseri TV müsahibəsindən)

QURANDA QİYAMƏT ƏLAMƏTLƏRİ

QURANDA QİYAMƏT ƏLAMƏTLƏRİ

QİYAMƏT SAATI YAXINDIR

Əksər insanların qiyamət günü haqqında qismən də olsa məlumatı var. Demək olar ki, çox adam qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq, insanlar bu cür həyati bir məsələ haqqında eyni cür hərəkət edir, yəni qiyamətlə bağlı düşünmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gələndə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün çox səy göstərirlər. Qəzetlərdə oxuduqları bir müsibət xəbərinin və ya başqa bir bəlanı göstərən filmin onlara qiyaməti xatırlatmasına da dözə bilmirlər. Həmin günün mütləq olacağını fikirləşməkdən çəkinirlər. Bu mövzudan danışan insanlara qulaq asmaq istəmədikləri kimi, həmin böyük gündən bəhs edən yazıları da oxumaq istəmirlər. Bunlar qiyamət fikirlərinin səbəb olduğu qorxudan qaçmaq məqsədilə ərsəyə gətirdikləri üsullardan bəziləridir.
Əksər insanlar da qiyamət saatının ciddi və həqiqətəuyğun olduğuna inanmır. Bunun bir nümunəsini "Kəhf" surəsində bəhs edilən zəngin bağ sahibinin ifadələrindən də görürük:
"Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" ("Kəhf", 18/36)
Bu cümlələrdə Allah`a inandığını söyləyənlərin, lakin qiyamətin gerçək olduğunu düşünməyənlərin, həm də ayələrə zidd iddialar ortaya atanların beynindəki həqiqət göstərilir.
Başqa bir ayədə də qiyamət saatı ilə bağlı tərəddüd edən, şübhələnən inkarçılardan belə bəhs edilmişdir:
"Allah`ın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!" -deyildiyi zaman: "Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!" - deyə cavab verirdiniz!" ("Casiyə", 45/32)
Bəzi insanlar qiyamət saatını tamamilə inkar edirlər. Bu cür hərəkət edənlər isə Quranda belə bildirilmişdir:
"Onlar qiyamət saatını da yalan saydılar. Biz də qiyamət saatını yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq" ("Furqan", 25/11).
Həqiqəti öyrənmək məqsədilə bizə yol göstərən mənbəyimiz Qurana nəzər salanda açıq-aşkar bir həqiqətlə qarşılaşırıq. Qiyamətlə bağlı özlərini aldadan insanlar çox böyük səhv edirlər. Çünki Allah ayələrdə qiyamət saatının yaxın olduğunu və bu məsələdə heç bir şübhəyə yer olmadığını xəbər verir:
"Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Həcc", 22/7)
"Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir..." ("Hicr", 15/85)
"Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Mumin", 40/59)
Quranın qiyamətlə bağlı mesajının üstündən 1400 ilə qədər uzun bir zamanın ötdüyünü, bu vaxtın da bir insanın həyatı ilə müqayisədə çox böyük olduğunu fikirləşənlər ola bilər. Ancaq burada bəhs edilən məsələ Yer kürəsinin, Günəşin, ulduzların, qısası, bütün kainatın axırıdır.
Kainatın milyardlarla illik keçmişi nəzərə alınanda 14 əsrlik bir dövrün çox qısa olduğu məlumdur.
Yaxın dövrümüzün böyük İslam alimi Bədiüzzaman Səid Nursi də buna oxşar bir suala hikmətli bir oxşatma ilə belə cavab vermişdir:
"Quranda qiyamətin yaxın olduğu bildirilir. Bu qədər dövr keçəndən sonra gəlməməyi onun yaxın olduğuna zərər verməz. Çünki qiyamət dünyanın əcəlidir. Dünyanın ömrü ilə müqayisə ediləndə min və ya iki min il, bir illə müqayisədə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı ancaq bəşərin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib gec olacağı qəbul edilsin".1

CƏNAB ADNAN OKTARIN MÜSAHİBƏLƏRİNDƏN "Bədiüzzaman, üç inqilabi-əziməyə diqqət çəkmişdir"

adnan oktar, harun yahyaADNAN OKTAR:ADNAN OKTAR:….. Amma açıq şəkildə deyirəm ki, gəlmiş keçmiş ən böyük mücəddid və müçtəhiddir Səid Nursi. "Mən", -deyir; yüksək əxlaqına baxın bu insanın. "Mən seyid deyiləm", -deyir; "O gələcək mübarək insan seyiddir", -deyir; "Ondan sonra, o axır zamanda gələcək olan şəxsin", -deyir; "Mehdinin pişdarı, qabaqcıl bir nəfəriyəm", -deyir; "Əsgəriyəm", -deyir; "Hər hansı sıravi bir əsgəriyəm", -deyir və: "Ona mühit hazırlayıram", -deyir. Və: "Gəldiyi zaman", -deyir; ""Risaleyi-nur"un əsl sahibi", -deyir; "Bu əsərlərin əsl sahibi Odur", -deyir və: "Ən yaxşı O anlayacaq bu "Risaleyi-nur" külliyatını", -deyir. Yəni: "Mənim dəyərimi də ən yaxşı O biləcək", - deyir. ""Risaleyi-nur"un da ən yaxşı qiymətini biləcək olan Odur", - deyir. İnşaAllah. "Risaleyi-nur"un da yenə sirlərini ortaya çıxaracaq olan hz. Mehdidir (ə.s). Yəni içi sirlərlə doludur "Risaleyi-nur" külliyatının. Metafizik bir insandır, qeyri-adidir. "Ta hicri 1506-cı ilə qədər, 1506-cı ildən 1542-ci ilə qədər gizli məğlubanə", -deyir. "Və bir taifeyi-əzəm", - deyir hz. Mehdinin (ə.s) tələbələrinə. O ayrı bir əzəm, onları da ayrı olaraq qatır; "Onlar da", -deyir, yəni: "Davam edəcəklər", - deyir, inşaAllah. "Və axır zamanda yenə hizbi-məqbuldur", -deyir. "Məqbul bir xidmətdir", -deyir. Yəni: ""Risaleyi-nur" külliyatı hələ də oxunmağa davam edəcək", -deyir. 42-yə qədər deyirəm. 42-dən sonra nə "Risaleyi-nur" qalacaq, nə də Quran qalacaq, hamısı göyə rəf ediləcək. Üç il müddətində rüsvayçılıqlarına davam edəcəklər, üç il. Bəli, 1542-dən 42, 43, 44, 45. 1545-ci ildə qorxunun şiddətindən bütün bədənləri iflic olacaq. Allah deyir ki, başları, saçları bütün ağappaq olacaq. Yəni insan ağlının qəbul edə biləcəyi ən böyük qorxu şokunu yaşayacaqlar. Dünyanın fırlanması əksinə olmağa başlayır. Quran, deyir ki, dünyanın başından alınması ilə, yəni dünyanın beynidir Quran. "Alınması ilə dünya artıq divanə olar, ağlını itirər", -deyir. "Və intizamsız hərəkətlərlə başını başqa bir səyyarəyə vurar", -deyir. Yəni bir göy daşı, böyük bir göy daşı, amma böyük daş ki, həmişə yan keçir hal-hazırda, onsuz da bilirsiniz, tez-tez yan keçir, bu dəfə isə yan keçməyəcək. Vurdusa, tərsinə çevirməyə başlayacaq dünyanı. Maqma, maqmanın hərəkəti dayanmadığı üçün, çünki qabıq dayanacaq; qabıq tərsinə dönəcək, amma maqma sürətdən asılı olaraq dönməyə davam edəcək. Məsələn, siz bir qabın içinə su doldurarsınız, onu mərkəzdənqaçma sürəti ilə bir şey etsəniz və qabı birdən dayandırsanız, su fırlanmağa davam edər və bax, bu, böyük fəlakət törədər. Ayədə də bildirilən odur; "Dənizlərin yandığını görərsən", -deyir. Hər yerdən, boğazlardan, Marmaradan, Aralıq dənizindən, hər yerdən minlərlə, on minlərlə km yüksəkliyə lavalar fışqırmağa başlayacaq yerin altından. Hər yer parçalanacaq, boğazlar açılıb qapanacaq. Qısa zamandır, amma qorxunun ən şiddətlisini yaşayacaqlar, mələklər də daima o anda enməyə başlayacaq... Ancaq ağılın ixtiyarı qalxmış olacaq artıq, dönüş yoxdur ondan sonra, inşaAllah. Ardıcıl hadisələrdir bunlar. Yəni bu, yüz iyirmi il bundan sonra yaşanacaq. Elə bir mövzu yoxdur. Belə ki, hədisləri göstərdim… "Üç inqilabi-əziməyə diqqət çəkmişdir", -deyir ustad, biri də 1545. Ən şiddətlisi, bax, budur. Bu qiyamət. İnqilabi-əzimə, yəni böyük inqilab, böyük dəyişiklik və: "Bununla sonlanacaq", -deyir. Və: "Küfrün başına qiyamət qopmasına işarə edər", -deyir, inşaAllah, Əziz Allah.  (Kanal 35, 4 oktyabr 2009)

Nisa Suresi, 87
 
Allah`dan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allah`dan daha doğru danışan kim ola bilər?!  (Nisa surəsi, 87)

Quran əxlaqının bütün dünyaya anladılması

Quran ayələrində "Allah`ın sünnəsi" şəklində bir ifadə ilə qarşılaşırıq. Bu ifadə Quranda "Allah`ın qanunları" mənasında işlədilir. Ayələrdə bu qanunların həmişə qüvvədə qalması xəbər verilmişdir. Bununla bağlı bir ayədə belə buyurulur:
"Allah`ın əvvəl gəlib-getmişlər haqqında sünnəsi belədir. Sən Allah`ın sünnəsində əsla dəyişiklik görməzsən!" ("Əhzab", 33/62)
Dəyişməyən bu qayda-qanunlardan biri də cəmiyyətlərin həlak edilməmişdən əvvəl peyğəmbərlər vasitəsilə müqəddəs bir kitab göndərilərək xəbərdar olunmasıdır. Bu həqiqət bir ayədə belə xəbər verilmişdir:
"Biz heç bir məmləkəti müəyyən bir kitab gəlib çatmamış məhv etmədik" ("Hicr", 15/4).
Tarixə nəzər salsaq, Allah məhv etdiyi hər cəmiyyətə əvvəl onları düzgün yola dəvət edən bir kitab göndərmişdir. Buna baxmayaraq, üsyan və azğınlıqlarına davam edənlər onlar üçün müəyyən edilmiş vaxt gəlib çatanda məhv edilmiş gələcək nəsillər üçün ibrət nümunələri olmuşlar. Allah`ın bu qanununu düşündükdə bəzi əhəmiyyətli sirlər də məlum olur.
kuran, ahir zamanQiyamət yer üzündəki bütün cəmiyyətlərin başına gələcək axırıncı müsibətdir. Quran insanların nəsihət alıb düşünmələri üçün göndərilən səmavi kitabların axırıncısıdır və qiyamətə qədər də yeganə rəhbər olaraq qalacaq. Ayələrdəki ifadə ilə desək, "... aləmlər üçün yalnız bir moizədir" ("Ənam", 6/90).
Quranın ancaq müəyyən bir dövrə və məkana səsləndiyini zənn edən insanlar isə dərin qəflətdədir. Çünki Quran bütün aləmlər üçün bir dəvətdir. Peyğəmbərimizin (s.ə.v) dövründən bu günə kimi Quran həqiqətləri dünyanın hər yerində təbliğ edilir.
Hazırda, yaşadığımız əsr tarixdə bənzəri görünməmiş texnologiya sahəsindəki inkişaf sayəsində Quranın əmrlərinin bütün insanlara çatdırıldığı bir dövrdür. Bu gün elm, təhsil, nəqliyyat və rabitə sahəsindəki inkişaf prosesləri ən yüksək səviyyəyə çatmağa çalışır. Xüsusilə kompyuter və internet texnologiyaları sayəsində dünyanın dörd bir tərəfindəki insanlar bir neçə saniyə ərzində bir-biri ilə danışa bilir, fikirlərini bölüşür və əlaqə qura bilir. Elm və texnologiya inqilabı bütün dünya ölkələrini birləşdirir, "qloballaşma", "dünya vətəndaşlığı" kimi ifadələri söz ehtiyatımıza əlavə edir. Qısası, bütün dünyadakı insanları bir-birindən ayıran maneələrin hamısı sürətlə aradan qalxır.
Bu həqiqətlərin işığında asanlıqla bunları qeyd etmək mümkündür: hazırda, yaşadığımız elm əsrində Allah hər cür inkişafı bizim ondan istifadə etməyimiz üçün xidmətimizə vermişdir. Müsəlmanların üstünə düşən vəzifə də Allah`ın təqdim etdiyi bu imkanlardan ən gözəl və xeyirli formada istifadə etmək və insanların ayağının dəydiyi hər yerdə onları Quran əxlaqına dəvət etməkdir.

ELÇİLƏR

Allah`ın kainatın yaradılışından günümüzə qədər mövcud olan və dəyişməyən qanunlarından əvvəlki səhifələrdə söhbət açmışdıq. Bu qanunlardan biri də elçi göndərilməyən cəmiyyətə Allah dərgahından bir əzabın gəlməməsidir. Allah`ın bu vədi aşağıdakı ayələrdə belə bildirilir:
"Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!" ("Qəsəs", 28/59)
"...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik" ("İsra", 17/15).
"Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik. Öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalım deyilik!" ("Şüəra", 26/208-209)
Ayələrdə də bildirildiyi kimi Allah hər xalqın yaşayış yerinin mərkəzinə xəbərdarlıq və öyüd-nəsihət etmək üçün öz elçilərini göndərir. Bu elçilər də insanlara Allah`ın əmrlərini çatdırır. Ancaq inkarçı cəmiyyətlər hər dövrdə onlara göndərilən elçilərə lağ edir, onları yalançı, saxtakar, dəli kimi müxtəlif böhtanlarla ittiham edir. Allah öz əxlaqsızlıqlarına və azğınlıqlarına davam edən bu xalqları heç gözləmədikləri bir anda böyük müsibətlərlə məhv etmişdir. Nuh, Lut, Ad, Səmud xalqlarının və Quranda bəhs edilən digər qövmlərin ibrətamiz şəkildə məhv edilmələri bəhs etdiyimiz müsibətlərə misaldır. Allah bizə Quranda elçilərinin göndərməsinin səbəblərini belə bildirmişdir: xalqları müjdələmək, insanlara azğın inanclarından əl çəkib Allah`ın dinini və gözəl əxlaqı yaşaması üçün bir fürsət vermək, elçilərin dəvətindən sonra insanların qiyamət günü heç bir bəhanə gətirə bilməməsi və onlara xəbərdarlıq etmək... Elçilərin göndərilməyinin səbəbini Allah bir ayədə belə vurğulamışdır:
"Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, insanlar üçün peyğəmbərlərdən sonra Allah`a qarşı daha heç bir bəhanə yeri qalmasın..." ("Nisa", 4/165)
"Əhzab" surəsinin 40-cı ayəsində də xəbər verildiyi kimi, Peyğəmbərimiz (s.ə.v) sonuncu peyğəmbərdir. Hz. Muhəmməd (s.ə.v) Allah`ın Rəsulu və peyğəmbərlərin sonuncusudur  ("Əhzab", 33/40). Başqa bir ifadə ilə desək, Allah`ın bəşərə göndərdiyi vəhylər hz. Muhəmmədlə (s.ə.v) qurtarmışdır. Buna görə də Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi Quranın başa salınması və xatırladılması sahəsindəki məsuliyyət qiyamətə qədər bütün müsəlmanlar üçün davam edir.

İSLAM ƏXLAQININ DÜNYAYA HAKİM OLMASI

Quranda tez-tez vurğulanan məsələlərdən biri də azğınlığına və üsyanlarına görə Allah`ın məhv etdiyi xalqlar və onların taleyindən nəticə olaraq alınan ibrətamiz hadisələrdir. Bəhs edilən keçmiş xalqlarla günümüzdəki xalqlar arasında oxşarlıqların çox olması danılmaz həqiqətdir. Hətta günümüzdə də öz cinsi azğınlıqları ilə tanınan Lut xalqı, hiyləgərliklə aldadan və saxtakarlıqla məşğul olan Mədyən xalqı, başqalarına lağ edən və özünü bəyənən Nuh xalqı, üsyankar və azğın Səmud xalqı, nankor İrəm xalqı və məhv edilmiş digər xalqların hərəkətlərini də üstələmiş insanlar yaşayır. Aydın məsələdir ki, bütün bu əxlaqsızlıqların arxasında insanın Allah`ı və yaradılışın məqsədini unutması amili durur.
İçində yaşadığımız dövrdəki cinayət, sosial ədalətsizlik, insanların bir-birini aldatması, oğurluq hadisələri və əxlaqi degenerasiya kimi hallar bəzi insanları ümidsizliyə salır. Ancaq yaddan çıxarmaq olmaz ki, Allah Quranda rəhmətindən ümid kəsilməməsini əmr etmişdir. Ümidsizlik, qorxaqlıq möminə xas olan xüsusiyyətlər deyil. Allah şərik qoşmayaraq Ona qulluq edən, Onun razılığını qazanmağa çalışaraq xeyirli işlər görən möminləri güc və iqtidar sahibi, yer üzünün varisləri edəcəyini müjdələyir:
"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allah`ın özünün bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!" ("Nur", 24/55)
Haqq dini səmimiyyətlə yaşayan saleh bəndələrin yer üzünün varisləri edilməsinin Allah`ın bir qanunu olduğu ayələrdə belə bildirilir:
"Biz zikrdən sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq" ("Ənbiya", 21/105).
"Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!" ("İbrahim", 14/14)
"Sizdən əvvəl neçə-neçə nəsilləri peyğəmbərləri aşkar möcüzələrlə gəldikləri halda zülm etdikləri və iman gətirmədikləri zaman məhv etdik. Biz günahkarları belə cəzalandırırıq. Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız" ("Yunis", 10/13-14).
"Musa öz tayfasına: "Allah`dan kömək diləyin və səbir edin. Yer üzü Allah`ındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!" - dedi. Dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" Musa onlara belə cavab verdi: "Bəlkə də Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!"" ("Əraf", 7/ 128-129)
"Allah: "And olsun ki, Mən və peyğəmbərlərimi qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüdrət və qüvvət sahibidir!" ("Mücadilə", 58/21)
Yuxarıdakı ayələrdə verilən müjdə ilə yanaşı, Allah möminlərə çox mühüm bir vəd də verir. İslam dininin bütün dinlərə üstün etmək üçün insanlara göndərdiyi Quranda belə bildirilir:
"Onlar Allah`ın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" ("Tövbə", 9/32-33)
"Onlar Allah`ın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də - Öz nurunu tamamlayacaqdır! Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün Öz peyğəmbərini doğru yolu göstərən rəhbərlə və haqq dinlə göndərən Odur!" ("Səff", 61/8-9)
Azğın fəlsəfələri, çaşqın ideologiyaları və batil dini anlayışları aradan götürəcək, insanları qaranlıqlardan aydınlığa çıxaracaq gözəl əxlaq yalnız İslam əxlaqıdır.
Yuxarıdakı ayələrdə də vurğulandığı kimi, inkarçıların və müşriklərin bu böyük hadisənin qarşısına keçib ona əngəl ola bilməsi isə mümkün deyil (bu mövzuda ətraflı məlumatı Harun Yəhyanın "Qəzəl Əsr" adlı kitabından oxuya bilərsiniz). İslam əxlaqının tam mənası ilə yaşanacağı bu dövr sevginin, fədakarlığın, yardımlaşmağın, dürüstlüyün, sosial ədalətin və əmin-amanlığın hakim olacağı bir zaman olacaq. Cənnətə oxşayan xüsusiyyətlərinə görə "Qızıl Əsr" adlandırılan belə bir dövr bu günə qədər yaşanmayıb. Bu müqəddəs dövr qiyamətdən əvvəl olacaq. Hazırda, Allah`ın müəyyən etdiyi vaxtı gözləyirik.

HƏZRƏTİ İSANIN YER ÜZÜNƏ DÖNÜŞÜ

Hz. İsa Allah`ın seçdiyi peyğəmbərlərdən biridir. Dünyada haqqında ən çox danışılan elçilərdəndir. Allah`a şükürlər olsun ki, əlimizdə nəyin düz, nəyin səhv olduğunu seçə bilməyimizə kömək edən bir mənbə var. Bu da Allah`ın himayəsi altındakı təhrif edilməmiş yeganə kitab olan Qurandır.
İsa peyğəmbərlə bağlı həqiqi məlumatlar əldə etmək üçün Qurana baxdığımızda qarşımıza bunlar çıxır:
"Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allah`ın peyğəmbəri, Məryəmə çatdırdığı bir sözdür" ("Nisa", 4/171).
"Onun adı Məryəm oğlu İsa əl-Məsihdir" ("Ali-İmran", 3/45).
"Aləmlərə bir möcüzə etdik" ("Ənbiya", 21/91).
Hz. İsa beşikdə ikən insanlarla danışmış ("Ali-İmran", 3/46) ,
və çoxlu möcüzələr göstərmişdir. Onun başqa bir möcüzəsi isə yer üzünə geri qayıtması və insanlarla danışmasıdır ("Ali-İmran", 3/49; "Maidə", 5/110).
"İsa peyğəmbər İncili təbliğ etmişdir" ("Hədid", 57/27).
"Onu tanrılaşdıranlar doğru yoldan azmış, küfrə düşmüşlərdir" ("Maidə", 5/72).
"İnkarçılar onu öldürmək üçün hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi" ("Ali-İmran", 3/54).
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! ("Zuxruf" , 43/61)
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. ("Nisa" , 4/159)
Allah inkarçıların hz. İsanı öldürmək istəməsinə izn verməmiş, onu Öz yanına yüksəltmişdir. Yenidən yer üzünə qayıdacağını insanlara müjdələmişdir. Hz. İsanın yer üzünə qayıtması ilə bağlı da Quranda bu xəbərlər verilir.
İsa peyğəmbəri (ə.s) öldürmək üçün tələ quran inkarçıların onu qətiyyən öldürə bilmədiklərini Allah belə xəbər verir:
""Biz Məryəm oğlu İsa əl-Məsihi öldürdük" - demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər" ("Nisa", 4/157).
Hz. İsanın ölmədiyi, insanların yaşadığı dünyadan alınaraq Allah yanına yüksəldildiyi ayədə belə bildirilir:
"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir!" ("Nisa", 4/158)
"Ali-İmran" surəsinin 55-ci ayəsində hz. İsaya tabe olanların qiyamətə qədər inkar edənlərin üstündə olacaqları xəbər verilir. Günümüzdən 2000 il əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadığı tarixi həqiqətdir. Həmin dövrlə hazırkı tarix arasında yaşayanların və özlərini xristian adlandıranların isə başda təslis (Tanrını üç qəbul etmək) inancı olmaqla, çoxlu batil inancı müdafiə etdikləri və buna görə də həqiqi mənada İsaya tabe olanlar olaraq adlandırıla bilməyəcəkləri də məlumdur. Çünki Quranın əksər ayələrində təslisə inananların inkara düşdükləri ifadə edilir. Elə isə qiyamət saatından əvvəlki bir dövrdə inkar edənlərə üstün gələcək həqiqi mənada İsaya tabe olanlar ortaya çıxacaq və "Ali-İmran" surəsindəki Allah`ın vədi də, beləliklə, təcəlli edəcəkdir. Şübhəsiz ki, bu topluluq hz. İsanın yer üzünə qayıtması ilə özünü göstərəcəkdir.
Quranda xəbər verilən başqa bir məlumat isə hz. İsanın ölümündən əvvəl bütün kitab əhlinin ona iman gətirəcəyidir:
"Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir" ("Nisa", 4/159).
Bu ayədən aydın olur ki, Allah`ın hz. İsa ilə əlaqəli olaraq hələ həyata keçməmiş üç vədi var. Birincisi, İsa peyğəmbərin hər insan kimi yaşayandan sonra öləcəyi bildirilir. İkinci vəd bütün kitab əhlinin onu fiziki olaraq görəcəyi və ona yaşadığı müddət ərzində itaət edəcəkləridir. Şübhəsiz, bəhs edilən bu iki xəbər də hz. İsanın qiyamətdən əvvəl qayıdışında baş verəcək hadisələrdir. Ayədəki üçün xəbər isə hz. İsanın kitab əhli haqqındakı şahidliyi də qiyamət günündə olacaqdır.
Quranda hz. İsanın ölümündən bəhs edən başqa bir ayə isə "Məryəm" surəsində qeyd edilmişdir:
"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" ("Məryəm", 19/33)
Bu ayə "Ali-İmran" surəsinin 55-ci ayəsi ilə birlikdə incələnəndə çox mühüm bir həqiqətə işarə edir. "Ali-İmran" surəsindəki ayədə hz. İsanın Allah`ın hüzuruna yüksəldildiyi ifadə edilir. Bu ayədə ölüm və öldürülmək məsələsi ilə bağlı heç bir məlumat verilmir. Ancaq "Məryəm" surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşayandan sonra vəfat etməsi ilə mümkün ola bilər.
Hz. İsanın yer üzünə qayıdacağına işarə edən başqa bir ayə isə belədir:
"Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək" ("Ali-İmran", 3/48).
Bu ayədə qeyd edilən "kitab" kəlməsinin nəyi ifadə etdiyini başa düşmək üçün mövzu ilə bağlı digər Quran ayələrinə nəzər salanda bunu görürük: "Kitab" kəlməsi Tövrat və İncillə birlikdə eyni ayədə istifadə edilirsə, "Quran" mənasına gəlir. "Ali-İmran" surəsinin 3-cü ayəsini buna nümunə göstərə bilərik. Elə isə 48-ci ayədə hz. İsanın öyrənəcəyi bildirilən kitab da ancaq Quran ola bilər. İsa peyğəmbərin təxminən 2000 il əvvəlki həyatında Tövratı və İncili bildiyi məlumdur. Onun Quranı öyrənməsinin isə yer üzünə yenidən qayıdandan sonra olacağı aydın məsələdir.
"Ali-İmran" surəsinin 59-cu ayəsindəki "Allah yanında İsa da Adəm kimidir" ifadəsi də çox maraqlıdır. Bu ayədə iki peyğəmbər arasındakı bəzi oxşarlıqlara diqqət çəkilmiş ola bilər. Məlum olduğu kimi, həm hz. Adəmin, həm də hz. İsanın atası olmamışdır. Bundan başqa, yuxarıdakı ayə hz. Adəmin cənnətdən yer üzünə göndərilməsi hz. İsanın axırzamanda Allah dərgahından yer üzünə göndərilməsinə də oxşadılmış ola bilər (ən doğrusunu Allah bilir).
Quranda hz. İsa ilə bağlı belə bir məlumat da verilir:
"Şübhəsiz ki, (İsa) qiyamət saatı üçün bir əlamətdir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!" ("Zuxruf", 43/61)
Hz. İsanın Quranın göndərilməsindən 6 əsr əvvəl yaşadığını hamımız bilirik. Elə isə yuxarıdakı ayədə xəbər verilən onun birinci həyatının deyil, axırzamanda qayıdışının qiyamət üçün bir əlamət olmasıdır. Hz. İsanın ikinci gəlişi həm xristian, həm də müsəlman dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs qonağın yer üzünü şərəfləndirməsi ilə də çox mühüm bir qiyamət əlaməti təcəlli edəcək.
Hz. İsanın yenidən dünyaya gələcəyi ilə bağlı başqa bir dəlil də "Maidə" surəsinin 110-cu ayəsində və "Ali-İmran" surəsinin 46-cı ayəsində bildirilən "kəhlən" kəlməsidir. Ayələrdə belə buyurulur:
"Xatırla ki, o gün Allah İsaya belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da (kəhlən) o adamlarla danışırdın..."" ("Maidə", 5/110)
"O, beşikdə ikən yaşa dolduqdan (kəhlən) sonra insanlarla danışacaq və salehlərdən olacaqdır" ("Ali-İmran", 3/46).
Bu kəlmə Quranda ancaq yuxarıdakı iki ayədə və ancaq hz. İsa üçün istifadə edilmişdir. Hz. İsanın yetkinlik çağını ifadə etmək üçün işlədilən "kəhlən" kəlməsinin mənası "otuzla əlli yaşları arasında, gənclik dövrünü bitirib yaşlılığa tərəf gedən, yaşı kamala çatmış" deməkdir. Bu kəlmə İslam alimləri tərəfindən "35 yaşdan sonrakı dövrə işarə edir" şəklində tərcümə edilir.
Hz. İsanın gənc sayılan bir yaş olan 30 yaşlarında göyə yüksəldildiyini, yer üzünə qayıdandan sonra 40 il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın yaşlılıq dövrünün yenidən dünyaya qayıdandan sonra olacağını, dolayısilə, bu ayənin hz. İsanın qayıdışı ilə bağlı bir dəlil olduğunu söyləyirlər ("Faslul-maqal fi rəfi İsa hayyən və nüzulihi və qatlihid-dəccal", səh. 20).
gülQuran ayələrinə diqqətlə baxanda bu ifadənin ancaq hz. İsa üçün işlədildiyinin şahidi oluruq. Bütün peyğəmbərlər insanlarla danışıb onları dinə dəvət etmişlər. Hamısı da yetkinlik çağında təbliğ vəzifələrin yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər üçün belə bir ifadə işlədilməmişdir. Bu ifadə ancaq hz. İsa üçün və möcüzəli bir vəziyyəti ifadə etmək məqsədilə istifadə edilmişdir. Çünki ayələrdə bir-birinin arxası ilə gələn "beşikdə" və "yetkinlik çağında" kəlmələri diqqəti iki böyük möcüzəli dövrə cəlb edir.
Hz. İsanın beşikdə ikən danışması möcüzədir. Bu, həmişə rast gəlinən bir hadisə deyil və ayələrdə bu möcüzə bir neçə dəfə qeyd edilmişdir. Bu kəlmədən sonra gələn "yetkin çağında da adamlarla danışmağı" şəklindəki ifadənin də bir möcüzə olması aydınlaşır. Əgər "yetkin çağında da" ifadəsi hz. İsanın Allah`ın dərgahına yüksəldilməmişdən əvvəlki həyatına işarə etsəydi, hz. İsanın həmin vaxt danışması heç bir möcüzə olmayacaqdı. Bir möcüzə olmadığı üçün də beşikdə ikən danışmağından sonra da bu möcüzəli hadisə ilə sinonim mənasında işlədilməzdi. Onda "beşikdən yetkin olana qədər" şəklində bir ifadə işlədilərdi ki, bu da hz. İsanın beşikdə danışmağa başlamasından göyə yüksəldilməsinə qədər davam edən təbliğini izah etmiş olardı. Ancaq ayədə iki böyük möcüzəli zamana diqqət çəkilir. Bunlardan birincisi, beşikdə ikən, ikincisi isə yetkinlik çağında danışmasıdır. Dolayısilə, möcüzəli bir zamana işarə edən "yetkin çağında da" ifadəsi hz. İsanın möcüzəli şəkildə yenidən yer üzünə qayıdandan sonrakı dövrdə, yetkin ikən insanlarla danışmasıdır.
Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi ilə bağlı məlumatlar Peyğəmbərimizin (s.ə.v) hədislərində də var. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu müjdə ilə yanaşı, hz. İsanın dünyadakı icraatları ilə əlaqəli xəbərlər də öz əksini tapmışdır. Bu məsələ hədislərin işığında əlinizdəki kitabın "hz. İsa və yalançı peyğəmbərlər" hissəsində qeyd edilmişdir (Daha ətraflı məlumat əldə etmək istəyənlər Harun Yəhyanın "hz. İsa gələcək" adlı kitabından istifadə edə bilərlər).
Bir mühüm məsələni də xatırlatmağın xeyri var. Hz. Muhəmməd (s.ə.v) Allah`ın insanlara göndərdiyi sonuncu peyğəmbərdir. Allah, Peyğəmbərimizə (s.ə.v) Quranı vəhy etmiş və qiyamət gününə qədər bütün insanların üzərinə Qurana tabe olmaq məsuliyyətini qoymuşdur. Hz. İsa da axırzamanda Allah`ın bir möcüzəsi olaraq yer üzünə gələcək. Ancaq Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, yeni bir din gətirməyəcəkdir.
Peyğəmbərimiz (s.ə.v) tərəfindən bəşərə öyrədilən haqq din Quranda bildirilən İslam dinidir və hz. İsa da yer üzünə ikinci dəfə qayıdışında Qurana tabe olacaqdır.

Hz. İsa və hz. Mehdi bu əsrdə gələcək.

Hər yüz ildə bir din əxlaqını bidətlərdən təmizləmək və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi "Sünəni-Əbu Davud", "Məktubati-Rəbbani" kimi böyük və mötəbər İslam alimlərinin əsərlərində açıq şəkildə bildirilmişdir:
"Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Həqiqətən, Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən ayırıb yeniləyəcək (elmli) bir şəxsi göndərər"".  (Sünəni-Əbu Davud, 5/100)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdinin (ə.s) zühuru olaraq isə hicri 1400 tarixi verilmişdir:
"İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) ətrafında toplanacaqlar".  (Risalətül-xürucul Mehdi, səh. 108) 
Bu 100 illik dövrdə İslam əxlaqı müəyyən bir müddət içində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mücadilə edən dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq orta hesabla 100 il çəkən bu yüksəlmə dövrünün ardından, yəni hicri 1500-cü illərdə dünya yenidən pozulma dövrünə girəcək. İslamın böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd bin Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirib insanlıq tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:
"Əhməd bin Hənbəl "İləl"ində nəql etdi. İsmayıl bin Əbdülkərim, Əbdüssəməddən, o da Vəhbdən rəvayət etdi: "Dünyadan 5600 il keçmişdir". (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 89)
Digər tərəfdən, bir çox başqa hədislərdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar mövcuddur:
"Ənəs Malikdən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurmuşdur:"Dünyanın ömrü axirət günlərində yeddi gündür. Allahu-təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızın min ili kimidir.. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görərsə, Allahu-təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi bu dünyanın yeddi min illik ömrü qədər savab yazar"". (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 88)
"Dəqqaq bin Zeydü-Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v) danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli minbərin lap üstündə idi. O buyurdu ki, bu gördüyün yeddi pilləli minbər dünyanın ömrü olan yeddi min ildir. (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 89)
Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi Ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü ili vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq-aşkar qalibiyyət dövrü olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyada yüksəliş dövrünün sona çatacağı və kafirlər üçün 1545-ci ildə qiyamət qopacağını söyləmişdir: (Doğrusunu Allah bilir).
""Ümmətimdən bir tayfa Allah`ın əmri gəlincəyədək (qiyamətə qədər) haqq üzərində olacaqlar". "Ümmətimdən bir tayfa..." hissəsinin say dəyəri 1542 (2117) edir və varlığının sonuna işarə edir. "Haqq üzərində olacaqlar" (şəddə sayılır) hissəsinin də say dəyəri 1506 (2082) edir. Bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra ta 1542-ci (2117) ilə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə işarə edir. "Allah`ın əmri gəlincəyədək" (şəddə sayılır) hissəsinin də say dəyəri 1545 (2120) kafirin başında qiyamət qopmasına işarə edir".  (Kastamonu lahiqəsi, səh. 33)
Böyük İslam alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni 1500-cü ildə Allah`ın izni ilə qiyamətin qopmasının gözlənildiyini ifadə etmişdir: (Doğrusunu Allah bilir).
"Bu ümmətin ömrü min ili keçəcək, fəqət min beş yüz ili keçməyəcək..."("Qiyamət əlamətləri", Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyni əl-Bərzənci, "Pamuk" Nəşriyyatı, İstanbul 2002, səh. 299)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədisə əsasən, Suyuti həzrətləri isə açıqlamasında belə bildirir:
"Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək". (Suyuti, "Əl-kəşfü ən mücavəzəti-Həzihil-ümməti-əl-əlfu, əl-havi lil fətavi", Suyuti. 2/248,"Təfsiri-ruhul-bəyan". Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, "Kitabül-iləl" səh. 89)
Peyğəmbərimizin (s.ə.v) hədislərindən və böyük İslam alimlərinin açıqlamalarından da açıq şəkildə aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər hz. İsanın (ə.s) gəlişi və hz. Mehdinin (ə.s) zühur vaxtıdır. Bu əsrdə hz. İsa (ə.s) yer üzünə yenidən gələcək, hz. Mehdi (ə.s) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.

AYIN YARILMASI

Quranın 54-cü surəsinin adı "Qəmər"dir. Bunun Azərbaycan dilində mənası "ay" deməkdir. Bu surənin çox yerində göndərilən peyğəmbərlərin xəbərdarlıqlarını yalan sayan Nuh, Ad, Səmud və Lut xalqının, fironun və yaxınlarının başına gələn müsibətlərdən bəhs edilir. Həmçinin birinci ayədə qiyamətin vaxtı ilə əlaqəli çox mühüm bir mesaj verilir:
"Saat yaxınlaşdı, ay parçalandı" ("Qəmər", 54/1).
Ayədə işlədilən "parçalanmaq" feli ərəb dilində "şaqqa"dır. Ərəb dilində bu kəlmənin müxtəlif mənaları var. Bəzi Quran təfsirlərində "iki yerə parçalanmaq" mənası qəbul edilmişdir. Bununla yanaşı, "şaqqa" kəlməsi ərəb dilində "torpağı belləmək", "torpağı qazmaq" mənalarına da gəlir.
İkinci mənaya misal olaraq "Əbəsə" surəsinin 26-cı ayəsini göstərə bilərik:

"Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yardıqca yardıq. Belə ki, oradan dən göyərtdik: üzüm və yonca, zeytun və xurma bağları" ("Əbəsə", 80/25-29).
Aşkar göründüyü kimi, bu ayədəki "şaqqa" ifadəsi "yerin iki yerə parçalanması" mənasında deyil, "müxtəlif bitkilərin cücərməsi üçün torpağın bellənərək yarılması" mənasında işlədilmişdir.
Burada 1969-cu ilə qayıdanda Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. "Qəmər" surəsində 14 əsr qabaq xəbər verilən ayə 1969-cu il, iyul ayının 20-də Ayın səthində düşmək nəticəsində öz təsdiqini bir daha tapmışdır. Amerikalı astronavtların Ayda addımlaması, Ayın torpağında elmi tədqiqatlar aparması, oradan daş və torpaq nümunələri götürməsi Ayın yarılması ayəsindəki ifadələrə uyğun gəlir. Astronavtlar Ayın səthində olduqları müddət ərzində elmi araşdırmalar və təcrübələr aparmış, 22 kiloqram ağırlığında daş və torpaq nümunələri toplamışdılar. Bu nümunələr sonralar böyük marağa səbəb olmuşdu. NASA-nın raportlarında xalqın Aydan gətirilən bu nümunələrə göstərdiyi marağın XX əsrdəki digər kosmik araşdırmalara göstərilən maraqdan daha böyük olduğu bildirilmişdir.2
aya çıkış
1- Sabah Gazetesi, 01 Eylül 2007, 2- Akşam Gazetesi, 10 Ekim 2009,
3- Habertürk, 19 Haziran 2009, 4-Hürriyet Gazetesi, 19 Ekim 2009
Bununla yanaşı, 2009-cu ilin oktyabr ayında bu ayədə bildirilən hadisəyə işarə edən bir olay yaşanmışdır. Ayda su axtarışları aparan NASA Ayı bombalamış və 9000 km-lik sürətlə gerçəkləşən bu toqquşmanın təsiri ilə 350 ton ağırlığında toz buludu əmələ gəlmişdir. Yəni Ayın üzəri bir dəfə yenə yarılmışdır. Ayədə xəbər verildiyi kimi, saatın, yəni hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunun, dəbbətül-ərzin çıxmasının və qiyamətin qopmasının yaxınlaşdığı bir vaxtda Ay yarılmışdır. Göründüyü kimi, ayədə Peyğəmbərimizin (s.ə.v) Allah`ın təqdiri ilə göstərdiyi Ayın yarılması möcüzəsindən başqa söz mövzusu hadisələrə də işarə edilir.
Bunu da qeyd etməliyik ki, bəhs edilən əlaməti xəbər verən ayələrin arxası ilə çox mühüm bir xəbərdarlıq gəlir. Bu ayələrdə Allah`ın dərgahından gələn işarələrin insanları qəflət və xətalardan özlərinə gəlməsinə səbəb olacaq böyük fürsət olduğu, bu xəbərdarlıqları gördükləri halda pis, dəhşətli bir gün olaraq tanıdılan qiyamət günü dirildiləndə peşman olacaqları xatırladılır:
"Saat yaxınlaşdı, ay parçalandı. Əgər onlar bir möcüzə görsələr, üz döndərib: "Bu uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki, hər bir iş qərarlaşdırılmışdır! And olsun ki, onlara çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Olduqca böyük hikmətdir. Lakin qorxutmalar, öyüd-nəsihət heç bir fayda verməz! Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis, dəhşətli bir şeyə çağıracağı günü gözlə! Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər carçıya tərəf tələsərək: "Bu, nə çətin bir gündür!" - deyəcəklər" ("Qəmər", 54/1-8).

Dipnotlar

1. Bediüzzaman Said Nursi, Sözler, Yeni Asya Neşriyat, 1990, s.318, İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.214
2. NASA, "Primary Mission Accomplished:1969, Scientific Work Begins", http://www.hq.nasa.gov/office/pao/History/SP-4214/ch9-6.html